satellite   Azerspace-1: 11135 H 30000

XİN-də diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb

XİN-də diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb

Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.

Nazirlikdən NTV-yə verilən xəbərə görə, çoxsaylı müraciətlərin olduğunu nəzərə alınaraq, müsabiqəyə qeydiyyat 15 may 2026-cı il saat 18:00-dək aparılacaq.

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında "Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək zəruridir.

Müsabiqə prosesi barədə daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM