satellite   Azerspace-1: 11135 H 30000

Koreya Respublikasının səfiri Kımqu Kanq Naxçıvana səfər edib - FOTOLAR

Koreya Respublikasının səfiri Kımqu Kanq Naxçıvana səfər edib<font color=red> - FOTOLAR</font> Koreya Respublikasının səfiri Kımqu Kanq Naxçıvana səfər edib<font color=red> - FOTOLAR</font> Koreya Respublikasının səfiri Kımqu Kanq Naxçıvana səfər edib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, mayın 7-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla Koreya Respublikası arasında dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, ikitərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə edilib. 

Naxçıvan Muxtar Respublikasının Orta Dəhliz üzrə kommunikasiyaların qurulmasında mühüm strateji bölgə kimi rolu diqqətə çatdırılıb. 

Regionun iqtisadi potensialı, bərpaolunan enerji imkanları, sahibkarlara tətbiq edilən güzəşt və imtiyazlar eləcə də, gələcəkdə azad iqtisadi zonaya çevrilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə xarici investorlar üçün regionun əhəmiyyəti, investisiya qoyuluşu üçün əlverişli sahələrdən biri kimi kənd təsərrüfatının yüksək potensiala malik olduğu bildirilib. Kənd təsərrüfatının inkişafı istiqamətində dövlət siyasətinin tərkib hissəsi kimi mövcud güzəştlərin əhəmiyyəti vurğulanıb. 

Tərəflər Naxçıvan ilə Koreyanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivlərini də müzakirə ediblər. Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Universitetində iki minə yaxın xarici tələbə təhsil alır. Onların sırasında Koreya Respublikasından olan tələbələr də var. Bildirilib ki, universitetdə Koreya Mərkəzinin uğurla fəaliyyət göstərməsi qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verir.

Görüşdə Azərbaycan və Koreya xalqlarının zəngin mədəni irsə malik olduqları vurğulanıb, hər iki ölkənin mədəniyyətinin qarşılıqlı tanıdılması, təbliği və bu sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Səfir Kımqu Kanq bildirib ki, səfərin əsas məqsədi Naxçıvanın sosial-iqtisadi, tarixi-mədəni mühiti ilə yaxından tanış olmaq, qarşılıqlı fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıq imkanlarını dəyərləndirməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM