satellite   Azerspace-1: 11135 H 30000

AQEM Qadınlar Şurasının ilk iclasında mühüm çağırışlar səsləndirilib - FOTOLAR

AQEM Qadınlar Şurasının ilk iclasında mühüm çağırışlar səsləndirilib<font color=red> - FOTOLAR</font> AQEM Qadınlar Şurasının ilk iclasında mühüm çağırışlar səsləndirilib<font color=red> - FOTOLAR</font> AQEM Qadınlar Şurasının ilk iclasında mühüm çağırışlar səsləndirilib<font color=red> - FOTOLAR</font> AQEM Qadınlar Şurasının ilk iclasında mühüm çağırışlar səsləndirilib<font color=red> - FOTOLAR</font> AQEM Qadınlar Şurasının ilk iclasında mühüm çağırışlar səsləndirilib<font color=red> - FOTOLAR</font> AQEM Qadınlar Şurasının ilk iclasında mühüm çağırışlar səsləndirilib<font color=red> - FOTOLAR</font> AQEM Qadınlar Şurasının ilk iclasında mühüm çağırışlar səsləndirilib<font color=red> - FOTOLAR</font> AQEM Qadınlar Şurasının ilk iclasında mühüm çağırışlar səsləndirilib<font color=red> - FOTOLAR</font> AQEM Qadınlar Şurasının ilk iclasında mühüm çağırışlar səsləndirilib<font color=red> - FOTOLAR</font>

Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının ilk iclası keçirilib.

NTV xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova AQEM Qadınlar Şurasının qarşılıqlı etimadın möhkəmləndirilməsi, ən yaxşı təcrübələrin mübadiləsi və qadınların hüquq və imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüslərin irəli sürülməsi üçün səmərəli mexanizmə çevriləcəyinə inamını ifadə edib. O əminliklə bildirib ki, Şuranın fəaliyyəti bütün cəmiyyətlər üçün daha inklüziv və dayanıqlı gələcəyin formalaşmasına kömək edəcək.

AQEM-in Baş katibi Kayrat Sarıbay qeyd edib ki, Qadınlar Şurasının yaradılması dialoqu fəaliyyətə çevirmək və həyatın bütün müvafiq sahələrində qadınların mənalı iştirakı vasitəsilə idarəetməni daha inklüziv etmək əzmini göstərir. O, Qadınlar Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdiyinə görə, Azərbaycan sədrliyinə dərin minnətdarlığını bildirib.

Baş katib bildirib ki, illər keçdikcə AQEM Asiya dövlətlərini sülhün, sabitliyin və genişspektrli məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi kimi ortaq hədəf ətrafında birləşdirən yetkin, çoxtərəfli platformaya çevrilib. Bu gün Asiya AQEM-in missiyasını hər zamankından daha aktual edən çağırışlarla üz-üzədir. Geosiyasi təlatümlər, iqtisadi qeyri-sabitlik və artan sosial-humanitar ehtiyaclar bizdən yalnız dialoq platforması olmağı deyil, həm də etimadı gücləndirməyə, koordinasiyanı təmin etməyə, regionda sülh, təhlükəsizlik, sabitlik və dayanıqlı inkişafı təşviq etməyə qadir olan konkret təşəbbüslərin mənbəyi olmağımızı tələb edir.

İclasda, həmçinin üzv dövlətlərin nümayəndələri milli bəyanatlarını səsləndiriblər.

Sonda AQEM Qadınlar Şuranın tövsiyə sənədi qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM