satellite   Azerspace-1: 11135 H 30000

Mask: "The New York Times bacardığı qədər yalan danışdı"

Mask: "The New York Times bacardığı qədər yalan danışdı"

Amerikalı milyarder İlon Mask “The New York Times“ nəşrinin 2024-cü il seçki kampaniyası zamanı narkotik istifadəsi ilə bağlı ittihamlarını təkzib edib.

NTV  xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Qəti şəkildə bildirirəm ki, mən narkotik istifadə etmirəm! The New York Times bacardığı qədər yalan danışdı", – deyə o, yazıb.

Mask: "Keçmişdə reseptlə ketamin istifadə etmişəm, indi yox"

Maskın sözlərinə görə, bir neçə il əvvəl reseptlə ketamin qəbul edib və bu barədə müsahibəsində danışıb.

"O, qaranlıq ruh halından çıxmağa kömək edir, lakin o vaxtdan bəri onu istifadə etmirəm", – deyə milyarder əlavə edib.

İddiaların əsası nə idi?

Yaxınlarda “The New York Times“ öz mənbələrinə istinad edərək yazıb ki, ötən il Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyası zamanı müttəfiqlərindən biri olduğu vaxtda, narkotik maddələrdən "əvvəllər daha intensiv şəkildə" istifadə edib.

"Narkotik istifadəsi Mask üçün epizodik olmayıb. O, insanlara o qədər ketamin qəbul etdiyini bildirib ki, bu onun sidik kisəsinə təsir edib, bu isə ketaminin xroniki istifadəsi nəticəsində məlum olan haldır", – məqalədə qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM