satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın və Pakistan XİN rəhbərləri İƏT Zirvəsini müzakirə edib

Azərbaycanın və Pakistan XİN rəhbərləri İƏT Zirvəsini müzakirə edib

Pakistan Baş nazirin müavini, xarici işlər naziri İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.

NTV  xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

“İshaq Dar bu həftə Azərbaycana səfəri zamanı Baş nazir Şehbaz Şərifə və Pakistan nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycanın xarici işlər nazirinə təşəkkür edib, - məlumatda bildirilib.

Nazirlər, eyni zamanda, bu ilin iyulunda Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının təfərrüatlarını və mexanizmlərini müzakirə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM