satellite   Azerspace-1: 11135 H 30000

İslamofobiya yalnız müsəlmanlara deyil, bütün insanlığa qarşı yönəlmiş təhlükədir

Bu gün biz islamofobiyaya qarşı mübarizə aparırıq, qərəzi ifşa etməyə çalışırıq.

AZƏRTAC xəbər verir ki, bu fikri Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Dini Münasibətlər Komissiyasının sabiq katibi Xəlid Akaşeh Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Fərqli kontekstlərdə islamofobiya: regional perspektivlər” mövzusunda panel sessiyada səsləndirib.

Müsəlmanlarla dialoqa daim açıq olduqlarını deyən Xəlid Akaşeh bildirib: “Müsəlman dostlarımız bizə daim sevgi və diqqətlə yanaşıblar. Bu tədbirin təşkilatçılarına təşəkkür edirəm. Biz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırıq”.

O qeyd edib ki, insanlar arasında qarşılıqlı etimad çox vacibdir. Qərəzli yanaşmalar nəticəsində insanlar cəmiyyətdən təcrid olunur, hüquqlarından məhrum edilirlər. İslamdan qorxu fenomeni geniş yayılmaqdadır. Biz müsəlmanlarla birgə, çiyin-çiyinə bu təhlükəyə qarşı mübarizəyə hazırıq.

“İslamofobiya yalnız müsəlmanlara deyil, bütün insanlığa qarşı yönəlmiş təhlükədir. Bu, dünyada əmin-amanlığın pozulmasına səbəb olur. Təəssüf ki, müsəlmanlar çox zaman radikal kimi təqdim edilir”, – deyə Xəlid Akaşeh vurğulayıb.

Bu gün biz islamofobiyaya qarşı mübarizə aparırıq, qərəzi ifşa etməyə çalışırıq.

NTV xəbər verir ki, bu fikri Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Dini Münasibətlər Komissiyasının sabiq katibi Xəlid Akaşeh Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Fərqli kontekstlərdə islamofobiya: regional perspektivlər” mövzusunda panel sessiyada səsləndirib.

Müsəlmanlarla dialoqa daim açıq olduqlarını deyən Xəlid Akaşeh bildirib: “Müsəlman dostlarımız bizə daim sevgi və diqqətlə yanaşıblar. Bu tədbirin təşkilatçılarına təşəkkür edirəm. Biz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırıq”.

O qeyd edib ki, insanlar arasında qarşılıqlı etimad çox vacibdir. Qərəzli yanaşmalar nəticəsində insanlar cəmiyyətdən təcrid olunur, hüquqlarından məhrum edilirlər. İslamdan qorxu fenomeni geniş yayılmaqdadır. Biz müsəlmanlarla birgə, çiyin-çiyinə bu təhlükəyə qarşı mübarizəyə hazırıq.

“İslamofobiya yalnız müsəlmanlara deyil, bütün insanlığa qarşı yönəlmiş təhlükədir. Bu, dünyada əmin-amanlığın pozulmasına səbəb olur. Təəssüf ki, müsəlmanlar çox zaman radikal kimi təqdim edilir”, – deyə Xəlid Akaşeh vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM