satellite   Azerspace-1: 11135 H 30000

Ramin Məmmədov: Azərbaycan islamofobiya ilə mübarizədə özünün öhdəliklərini bilir və icra edir

Ramin Məmmədov: Azərbaycan islamofobiya ilə mübarizədə özünün öhdəliklərini bilir və icra edir

Azərbaycan islamofobiya ilə mübarizədə özünün öhdəliklərini yaxşı bilir və icra edir, eləcə də faydalı nəticə almaq uğrunda mübarizə aparır.

NTV xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq bəzi rəqəmsal media orqanlarında da islamofobiyaya meyil özünü büruzə verir:

"İslamofobiya meyilləri bütün dünyada artmaqdadır, iqtisadi və geosiyasi məsələləri kölgədə qoyur. Bunu pisləməklə dayanmamalıyıq, köklərini, səbəblərini araşdırmalıyıq. Həmçinin, müsbət təcrübələrdən nümunə götürməliyik".

R.Məmmədov onu da qeyd edib ki, Ermənistanın işğalı zamanı Azərbaycan yüzlərlə dini abidəsinin məhv edilməsini unutmaq olmaz.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM