satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Ukraynanın xarici işlər nazirləri Bakıda görüşüblər - YENİLƏNİB - FOTOLAR

Azərbaycan və Ukraynanın xarici işlər nazirləri Bakıda görüşüblər<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan və Ukraynanın xarici işlər nazirləri Bakıda görüşüblər<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan və Ukraynanın xarici işlər nazirləri Bakıda görüşüblər<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan və Ukraynanın xarici işlər nazirləri Bakıda görüşüblər<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan və Ukraynanın xarici işlər nazirləri Bakıda görüşüblər<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan və Ukraynanın xarici işlər nazirləri Bakıda görüşüblər<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər naziri Andriy Sıbihanın başçılıq etdiyi nümayəndə heyətini Ukrayna nazirinin Azərbaycana səfəri çərçivəsində qəbul edib. 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan və Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətlərinə əsaslanan əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycan və Ukrayna arasında tarixən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən ardıcıl dəstəyi vurğulayan nazir Ceyhun Bayramov, dövlətlər arasında beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

İki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı perspektivlərinin olduğunu qeyd edən tərəflər, Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının işinin əməkdaşlığın inkişafı baхımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edərək, bu kontekstdə qarşılıqlı maraq doğuran mövzular üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son vəziyyət, Ermənistanın bu prosesdə yaratdığı maneələr barədə qarşı tərəfi məlumatlandırıb.

Ukrayna xarici işlər naziri öz növbəsində Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardımlar, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma, eləcə də humanitar minatəmizləmə sahəsində dəstəyi yüksək qiymətləndirib. Nazir Andriy Sıbiha 28 may - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

12:26

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında geniş tərkibdə görüş başlayıb.

NTV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, danışıqlar siyasi və iqtisadi əməkdaşlıq, ticarət, enerji, nəqliyyat əlaqələri və davam edən humanitar əməkdaşlığı əhatə edir.

Nazirlər, həmçinin beynəlxalq və regional təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM