satellite   Azerspace-1: 11135 H 30000

Babək Rayon Mərkəzi Xəstəxanasına süni intellekt dəstəkli yeni ultrasəs cihazı verilib

Babək Rayon Mərkəzi Xəstəxanasına süni intellekt dəstəkli yeni ultrasəs cihazı verilib

Naxçıvanda tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Babək Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıq təqdim olunub.

Xəstəxanaya verilən süni intellekt dəstəkli müasir ultrasəs sistemi (EXO) diaqnostik imkanların genişləndirilməsinə, müayinə prosesinin daha dəqiq və operativ aparılmasına şərait yaradacaq. Yeni cihazın tətbiqi, eyni zamanda, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və xəstələrin daha effektiv müayinəsinə imkan verəcək.

Qeyd edək ki, müasir tibbi avadanlıqların səhiyyə müəssisələrinə verilməsi əhalinin sağlamlığının qorunması, erkən diaqnostikanın təşviqi və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM