Prezident İlham Əliyev iyulun 10-da Mustafa Babanlının Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Naxçıvan televiziyası-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilsin".
