satellite   Azerspace-1: 11135 H 30000

Ağdam şəhərində “City Hotel Agdam” mehmanxanası inşa olunacaq - YENİLƏNİB - FOTOLAR

Ağdam şəhərində “City Hotel Agdam” mehmanxanası inşa olunacaq<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Ağdam şəhərində “City Hotel Agdam” mehmanxanası inşa olunacaq<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Oktyabrın 4-də Ağdam şəhərində “City Hotel Agdam” mehmanxanasının təməli qoyulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

“PMD Projects” şirkətinin direktoru Nəriman Topçubaşov dövlətimizin başçısına və birinci xanıma inşa olunacaq mehmanxana barədə məlumat verib.

Bildirilib ki, Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Hotel müasir səviyyədə inşa olunacaq, rayona səfər edəcək ziyarətçilərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.

Diqqətə çatdırılıb ki, 130 nömrədən ibarət olacaq beşmərtəbəli hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, restoran və açıq terras yaradılacaq.

Prezident İlham Əliyev “City Hotel Agdam” mehmanxanasının təməlini qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM