satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub - FOTOLAR

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub.

NTV xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi.

Bildirildi ki, Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının (güzəştli mənzillər) tikintisi üçün 5 hektara yaxın torpaq sahəsi ayrılıb.

Kompleksdə 6 və 7 mərtəbəli 16 bina inşa ediləcək. Burada 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı, 37 dördotaqlı olmaqla, ümumilikdə 518 mənzil olacaq.

Yaşayış Kompleksində sakinlərin rahatlığı üçün zəruri infrastruktur yaradılacaq. Burada uşaq bağçasının və digər iaşə obyektlərinin tikintisi nəzərdə tutulur. Kompleks elektrik enerjisi, qaz, su və çirkab suların axıdılması sistemləri ilə təchiz ediləcək. Ərazidə yolların və səkilərin salınması, abadlaşdırma və yaşıllaşdırma işlərinin görülməsi nəzərdə tutulub.

Dövlətimizin başçısına Mənzil İnşaatı Dövlət Agentliyinin indiyədək icra etdiyi və nəzərdə tutulan layihələr barədə də məlumat verildi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM