satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb - FOTOLAR

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.

NTV xəbər verir ki, görüşdə Azərbaycan və alman iş adamlarının, həmçinin şirkətlərinin birgə fəaliyyətə marağının artdığı vurğulanaraq, bu cür fəaliyyətin institutlaşdırılması yolları müzakirə edildi.

Ənənəvi və alternativ energetika üzrə mövcud potensial, Orta Dəhliz daxil olmaqla bağlantı, nəqliyyat və logistika sahələrində imkanlar barədə fikir mübadiləsi aparıldı.

Azərbaycanda kənd təsərrüfatı ilə bağlı dövlət proqramının qəbul olunduğu xatırlanaraq, Almaniyanın bu sahədə aparıcı texnologiyalarının ölkəmizdə tətbiqi imkanlarına toxunuldu, o cümlədən "ağıllı kənd təsərrüfatı" istiqamətində əməkdaşlığın perspektivləri qeyd edildi.

Söhbət zamanı, həmçinin ölkəmizin turizm potensialından istifadə olunmasına və qarşılıqlı maraq doğuran digər mövzulara dair fikir mübadiləsi aparıldı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM