satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN İsrailə səfər edən vətəndaşlarımıza müraciət edib

Azərbaycan XİN İsrailə səfər edən vətəndaşlarımıza müraciət edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə səfər edən vətəndaşlarımıza müraciət edib.

NTV  xəbər verir ki, müraciətdə İsrail Dövləti və İran İslam Respublikası arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə İsrailə səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Hazırda İsrail Dövlətində olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycanın İsraildəki səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Səfirlik: [email protected], +972 54 539 77 88.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM