satellite   Azerspace-1: 11135 H 30000

Xarici diplomatlar Xankəndi şəhəri ilə tanış olublar - FOTOLAR

Xarici diplomatlar Xankəndi şəhəri ilə tanış olublar<font color=red> - FOTOLAR</font>

Aprelin 27-də Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşları Xankəndi şəhərinə səfər ediblər.

NTV-yə  Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlara şəhərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq layihələri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Xankəndidə infrastrukturun yenilənməsi, müasir şəhər mühitinin formalaşdırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir. Bərpa-quruculuq tədbirləri ilə yanaşı, doğma yurdlarından köçkün düşmüş sakinlərin Xankəndiyə qayıdışı da təmin olunur. Artıq şəhərlə yanaşı, Kərkicahan qəsəbəsinə köç prosesi həyata keçirilib və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdirilir.

Diplomatlar şəhər gəzintisi zamanı Zəfər meydanı və Qarabağ Universitetində olublar. Onlar ali təhsil müəssisəsinin fəaliyyəti və tələbələr üçün yaradılan şəraitlə də maraqlanıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM