satellite   Azerspace-1: 11135 H 30000

Britaniya Kralı iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə ABŞ-yə səfərə başlayıb

Britaniya Kralı iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə ABŞ-yə səfərə başlayıb

 

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla ABŞ-yə dövlət səfərinə başlayırlar.

NTV xarici mediaya istinadla xəbər verir ki, səfər dörd gün davam edəcək və əsasən ABŞ Prezidenti Donald Trampın 2019-cu və 2025-ci illərdə Böyük Britaniyaya etdiyi iki dövlət səfərinə qarşılıq xarakteri daşıyır.

Kralın səfəri ABŞ-nin Böyük Britaniyadan müstəqilliyinin 250 illiyi ilə üst-üstə düşür. Bu cür tədbirlərdə olduğu kimi, burada da əsas vurğu yüksək təmtəraq və mərasimlərə, eləcə də mühüm simvolik hadisələrə yönəldilib. III Çarlz son 25 ildə Kapitolidə çıxış edən ilk Britaniya monarxı olacaq. 1991-ci ildə onun anası, Kraliça II Yelizaveta (1926–2022) bu şərəfə layiq görülən ilk monarx olub. Bu hadisə onun ABŞ-yə 13 günlük dövlət səfəri zamanı baş verib.

II Yelizaveta hakimiyyəti dövründə ABŞ-yə dörd dəfə dövlət səfəri edib: 1957, 1976, 1991 və 2007-ci illərdə. Hazırkı Kral isə Uels şahzadəsi (taxt-tacın varisi) kimi ABŞ-yə 19 dəfə səfər edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM