satellite   Azerspace-1: 11135 H 30000

Ağdərənin Aşağı Oratağ kəndinə növbəti köç olub - FOTOLAR

Ağdərənin Aşağı Oratağ kəndinə növbəti köç olub<font color=red> - FOTOLAR</font> Ağdərənin Aşağı Oratağ kəndinə növbəti köç olub<font color=red> - FOTOLAR</font> Ağdərənin Aşağı Oratağ kəndinə növbəti köç olub<font color=red> - FOTOLAR</font>

Aprelin 14-də “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdərə rayonunun Aşağı Oratağ kəndinə növbəti köç olub.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, bu mərhələdə Aşağı Oratağ kəndinə 56 nəfərdən ibarət 9 ailə köçürülüb. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara yaradılan yaşayış şəraitinə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, işğaldan azad edilmiş digər ərazilər kimi, Ağdərədə də genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir. Fərdi yaşayış evləri əsaslı şəkildə bərpa olunur, yeni sosial obyektlər inşa edilir, təhsil və səhiyyə müəssisələri yenidən qurulur, kəndlərdə müasir kommunal infrastruktur yaradılır. Sosial infrastrukturun tam yenilənməsi sakinlərin rahat, təhlükəsiz və layiqli yaşayışının təmin olunmasına xidmət edir. Eyni zamanda, doğma torpaqlarına qayıdan vətəndaşların məşğulluq məsələləri də daim diqqət mərkəzində saxlanılır, ehtiyacı olan ailələrin dövlət və özəl sektor üzrə işlə təminatı istiqamətində müvafiq tədbirlər görülür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM