satellite   Azerspace-1: 11135 H 30000

AzTV Xalq şairi Məmməd Arazın arxiv görüntülərini yayıb - VİDEO

Azərbaycan Televiziyası - AzTV arxivindən uzun müddətdir işıq üzü görməmiş yeni kadrlar yayımlayıb.

Televiziyadan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, “AzTV Tarix” yutub kanalında yayımlanmış arxiv materiallarında Xalq şairi Məmməd Arazın unikal görüntüləri var. Görüntülər AzTV-nin 2006-cı ildə M.Arazın xatirə gününə həsr etdiyi “Məni şeirində gəz…” sənədli filmində yayımlanıb. Filmdə Azərbaycan Televiziyasının xalqımızın maddi-mənəvi sərvəti hesab olunan arxivinə müraciət olunub, Xalq şairinin müxtəlif vaxtlarda çəkilmiş kadrlarından istifadə olunub.

Sənədli filmdə Məmməd Arazın məşhur “Azərbaycan” şeiri səsləndirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bu istiqamətdə işlərə başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM