satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru vəfat edib

Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru vəfat edib

Azərbaycan teatr ictimaiyyəti növbəti ağır itki ilə üzləşib. Azərbaycan Respublikasının əməkdar artisti Əli Şəmsəddin oğlu Əliyev vəfat edib.

NTV xəbər verir ki, 1956-cı ildə anadan olan sənətkar uzun illər sənətə xidmət göstərib. O, 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərərək milli səhnə sənətinin inkişafına öz töhfəsini verib.

Əli Əliyev teatr səhnəsində yaratdığı dolğun və yaddaqalan obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Sənətkar “Anamın kitabı”, “Dəli İbrahim”, “Məşədi İbad” kimi tamaşalarda uğurlu çıxışları ilə yadda qalıb və Azərbaycan teatr tarixində özünəməxsus iz buraxıb.

Onun zəngin yaradıcılığı, səhnə mədəniyyəti və sənətə bağlılığı həmkarları və tamaşaçılar tərəfindən daim hörmətlə xatırlanacaq.

Allah rəhmət eləsin.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM