satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstandan Azərbaycan vətəndaşı da daxil olmaqla 78 nəfər deportasiya edilib

Gürcüstandan Azərbaycan vətəndaşı da daxil olmaqla 78 nəfər deportasiya edilib

Gürcüstan Miqrasiya Departamenti tərəfindən keçirilən tədbirlər nəticəsində 78 xarici vətəndaş ölkədən deportasiya olunub.

NTV xəbər verir ki, qurumun məlumatına görə, son günlər ərzində aparılan kompleks tədbirlər çərçivəsində Miqrasiya Departamentinin əməkdaşları digər aidiyyəti qurumlarla birgə əməliyyatlar həyata keçirib.

Nəticədə Azərbaycan, Türkiyə, Rusiya, eləcə də Banqladeş, Belarus, Misir, Yəmən, Hindistan, Kamerun, İndoneziya, Nigeriya, Pakistan, Somali, Çin və digər ölkələrin vətəndaşları olmaqla ümumilikdə 78 nəfər Gürcüstandan çıxarılıb.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Faktla bağlı tədbirlərin davam etdirildiyi qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM