satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “Yallı festivalı – 2025” keçirilib - FOTOLAR

Naxçıvanda “Yallı festivalı – 2025” keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Yallı festivalı – 2025” keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Yallı festivalı – 2025” keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Yallı festivalı – 2025” keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Yallı festivalı – 2025” keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Yallı festivalı – 2025” keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Yallı festivalı – 2025” keçirilib<font color=red> - FOTOLAR</font>

18 iyun 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Uşaq Teatrında “Yallı festivalı – 2025” adlı tədbir keçirilib. Festival xalqımızın çoxəsrlik ənənələrindən biri olan yallı sənətinin qorunması, təbliği və yeni nəslə sevdirilməsi məqsədilə təşkil olunub.

Müsabiqə xarakteri daşıyan festivalda Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mədəniyyət idarə və şöbələrinin tabeliyində fəaliyyət göstərən mədəniyyət sarayı və mədəniyyət evlərinin 14 yallı kollektivi iştirak edib. Kollektivlər ümumilikdə 18 müxtəlif yallı növü ilə çıxış ediblər. 

Festivalın sonunda Münsiflər Heyətinin qərarına əsasən qaliblər müəyyənləşdirilib:
Birinci yerə Yuxarı Aralıq Kənd Mədəniyyət Evinin “Bahar” yallı kollektivi layiq görülüb.
İkinci yer Milax Kənd Mədəniyyət Evinin yallı kollektivi və Gümüşlü Kənd Mədəniyyət Evinin “Gümüşgöl” yallı kollektivi arasında bölüşdürülüb.
Üçüncü yer Ordubad Rayon Mədəniyyət Sarayının “Gilan” yallı kollektivi və Şərur Rayon Mədəniyyət Sarayının “İncilər” yallı kollektivi arasında bölüşdürülüb.
Bundan əlavə, festivalda uğurlu çıxış edən bir sıra kollektivlər fəxri fərmanlarla təltif olunublar.
Çərçiboğan Kənd Mədəniyyət Evinin “Fidanlar” kollektivi
Kosocan Kənd Klubunun “Gənclər” yallı kollektivi
Xanlıqlar Kənd Mədəniyyət Evinin “Qönçələr” kollektivi
Şahbuz Rayon Mədəniyyət Sarayının “Batabat” yallı kollektivi

Yallı festivalı milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi yolunda mühüm addımlardan biri olmaqla yanaşı, bölgələr arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə də töhfə verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM