satellite   Azerspace-1: 11135 H 30000

Mirzə Cəlil muzeyi 27 yaşında - FOTOLAR

Mirzə Cəlil muzeyi 27 yaşında<font color=red> - FOTOLAR</font> Mirzə Cəlil muzeyi 27 yaşında<font color=red> - FOTOLAR</font> Mirzə Cəlil muzeyi 27 yaşında<font color=red> - FOTOLAR</font>

Cəlil Məmmədquluzadənin Ev Muzeyinin yaradılmasının 27-ci  ildönümü münasibətilə tədbir keçirilib
 
Tədbiri giriş sözü ilə muzeyin direktoru Aytən Ələkbərova açaraq bildirib ki, Azərbaycanın böyük yazıçı və dramaturqu, ictima xadim, mütəfəkkir Cəlil Məmmədquluzadə 1869-cu ildə Şərqin qədim mərkəzlərindən olan Naxçıvan şəhərində anadan olub.  Ulu Öndər Heydər Əliyev Naxçıvan şəhərində ədibin ev muzeyinin yaradılması üçün 1998-ci il 19 iyun tarixli sərəncam imzalayıb. Fəaliyyətə başladığı gündən muzeydə Cəlil Məmmədquluzadə irsinin təbliği və öyrənilməsi muzeyin işinin əsasını təşkil edir. 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova "Cəlil Məmmədquluzadənin Azərbaycanda muzey işinə töhfəsi" , Cəlil Məmmədquluzadənin Ev Muzeyinin baş fond mühafizi-elmi işçisi Murad Nəcəfzadə "Mirzə Cəlil muzeyi 27" mövzularında çıxış ediblər. Həmçinin Cəli Məmmədquluzadənin Nehrəmdəki Xatirə muzeyinin direktoru Gülnarə Sadiqova da Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı barədə öz fikirlərini bildirib.
 
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM