satellite   Azerspace-1: 11135 H 30000

Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinin qeyd edilib - FOTOLAR

Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinin qeyd edilib<font color=red> - FOTOLAR</font> Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinin qeyd edilib<font color=red> - FOTOLAR</font> Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinin qeyd edilib<font color=red> - FOTOLAR</font> Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinin qeyd edilib<font color=red> - FOTOLAR</font> Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinin qeyd edilib<font color=red> - FOTOLAR</font> Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinin qeyd edilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin birgə təşkilatçılığı ilə 13 iyun 2025-ci il tarixdə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar “Gülüstan” poemasının müzakirəsini keçirmişdir.

          Tədbiri əvvəlcə Kitabxananın direktoru Ruzi Süleymanov açaraq qeyd etdi ki, "Gülüstan" yalnız bir tarixi hadisəni təsvir etmir; o, həm də Azərbaycanın müstəqillik və birliyə olan ehtiyacını vurğulayan bir çağırışdır. Bəxtiyar Vahabzadə bu əsərlə xalqını birliyə səsləmiş, milli kimliyin qorunmasının vacibliyini ön plana çıxarmışdır. Bu səbəbdən "Gülüstan" Azərbaycan ədəbiyyatında yalnız bədii bir əsər deyil, həm də milli mübarizənin simvolu kimi qəbul edilir.

  Sonra Kitabxananın Komplektləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin böyük kitabxanaçısı Tərlan Məsumlu Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması haqqında danışmış və bildirmişdir ki, "Gülüstan" poemasının əsas mövzusu Azərbaycanın birliyinin pozulması və bunun xalqın ruhunda yaratdığı dərddir. Şair, müqaviləyə qol çəkənlərin, yəni Rusiya və İranın, xalqın gələcəyini düşünmədən hərəkət etdiklərini və bunun nəticəsində bir millətin iki yerə bölündüyünü vurğulayır.

Sonda mövzu ətrafında müzakirələr aparılmışdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM