satellite   Azerspace-1: 11135 H 30000

Yaxın 5 ildə turizm ÜDM-nin dəyəri 11,5 milyard manata çatdırılacaq

Yaxın 5 ildə turizm ÜDM-nin dəyəri 11,5 milyard manata çatdırılacaq

2030-cu ilə qədər Azərbaycanda turizm sektorunun ÜDM-də istehsalı 11,5 milyard manata çatacaq.

NTV  xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media turda deyib.

Onun sözlərinə görə, bu dövrə qədər turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8,2 %-ə, turizm üzrə daxilolmaların isə 7,4 milyard manata yüksələcəyi proqnozlaşdırılır.

K. Quluzadə əlavə edib ki, 2030-cu ilədək regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 %-ə, turizm sənayesinin muzdlu əmək bazarındakı payının isə 5,8 %-ə çatacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM