satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib - FOTOLAR

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, iyunun 12-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.

Konsert proqramını Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, deputatlar, universitetin professor-müəllim heyəti, tələbələr, ictimaiyyət nümayəndələri izləyiblər.

Tədbirdə 15 İyun – Milli Qurtuluş Gününün əhəmiyyətindən, Ümummilli Liderimiz Heydər Əliyevin milli kinomuzun inkişafındakı tarixi xidmətlərindən danışılıb, Ulu Öndərin Azərbaycanın milli kinoları ilə bağlı çıxışlarına dair videoçarxlar nümayiş etdirilib.

Konsertdə Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Qara Qarayev, Rauf Hacıyev, Arif Məlikov, Cahangir Cahangirov, Üzeyir Hacıbəyli kimi dahi bəstəkarların sevilən kino musiqiləri ifa olunub, milli kinomuzun incilərindən fraqmentlər səhnədə canlandırılıb. Proqrama uyğun solistlər, tanınmış Xalq artistləri və Əməkdar artistlər, Prezident mükafatçıları, universitetin müəllim və tələbələri çıxış ediblər. Konsertin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Mübariz Əsgərov, rejissoru Xalq artisti Kamran Quliyev, drijorları isə Naxçıvan Dövlət Universitetinin müəllimi, Xalq artisti, professor Çingiz Axundov və Naxçıvan Dövlət Universitetinin müəllimi, Əməkdar artist Səməd Əsgərov olub.

Konsertin sonunda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli səhnə arxasına keçərək sənət adamları ilə səmimi söhbət edib, çıxışları yüksək dəyərləndirib, sənət yolunda hər birinə uğurlar arzulayıb. Sənət adamları göstərilən diqqət və dəstəyə görə minnətdarlıq ediblər.

Konsert proqramı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi və  Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM