satellite   Azerspace-1: 11135 H 30000

"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş növbəti solo konsert keçirilib - FOTOLAR

"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş növbəti solo konsert keçirilib<font color=red> - FOTOLAR</font> "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş növbəti solo konsert keçirilib<font color=red> - FOTOLAR</font> "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş növbəti solo konsert keçirilib<font color=red> - FOTOLAR</font> "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş növbəti solo konsert keçirilib<font color=red> - FOTOLAR</font> "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş növbəti solo konsert keçirilib<font color=red> - FOTOLAR</font> "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş növbəti solo konsert keçirilib<font color=red> - FOTOLAR</font>

"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş növbəti solo konsert keçirilib

Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyində fəaliyyət göstərən Bənəniyar kənd Uşaq Musiqi Məktəbində xalq çalğı alətləri şöbəsinin qarmon ixtisası üzrə təhsil alan lV sinif şagirdi Natiq Quliyev solo konserti keçirilib

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli qeyd edib ki, belə konsertlərin keçirilməsi istedadlı gənclərin ortaya çıxarılmasına zəmin yaradır. Bu istiqamətdə görülən işlər Nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanılır.

 

Natiq Quliyevin ifasında T. Bakıxanov "Konsert", A. Fossen "Sürət çarxı", G.Dinicu "Mart yallısı", V.Adıgözəlov "Bayram suitası", V.Monti "Çardaş", V.A.Motsart "Rondo", E.Sabitoğlu "Vals", "Tiflisi" rəqsləri səsləndirilib.

 

Konsert proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Sonda Bənəniyar kənd Uşaq Musiqi Məktəbinin direktoru Nazil Qulusoy gənc ifaçını təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Konsertdə uğurlu iştiraklarına görə müəllim və şagird məktəbin diplomu ilə təltif olunub.

 

Qeyd edək ki, şagirdin müəllimi Abbas Kərimovdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM