satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın dayanıqlı turizm təcrübələri beynəlxalq sammitdə təqdim olunub - FOTOLAR

Azərbaycanın dayanıqlı turizm təcrübələri beynəlxalq sammitdə təqdim olunub<font color=red> - FOTOLAR</font> Azərbaycanın dayanıqlı turizm təcrübələri beynəlxalq sammitdə təqdim olunub<font color=red> - FOTOLAR</font>

Azərbaycanın dayanıqlı turizmin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər və strateji yanaşmalar Türkiyənin İstanbul şəhərində təşkil olunan Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində təqdim olunub. Sammitdə ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu təmsil edib.

Dövlət Turizm Agentliyindən   bildirilib ki, üç gün davam edən "Dayanıqlı gələcək üçün əbədi müdriklik" mövzusunda tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və turizm üzrə ekspertlər tərəfindən qlobal turizmin gələcək inkişafında davamlılıq amilinin əsas istiqamət kimi rolu müzakirə olunub.

Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid hökumətlərarası sessiya çərçivəsində turizmdə idarəetmə və siyasət mexanizmlərinin transformasiyası, innovativ tənzimləyici yanaşmalar və davamlı inkişaf prinsipləri mövzularında çıxış edib.

Tədbir çərçivəsində beynəlxalq tərəfdaşlarla keçirilən görüşlərdə ekoloji baxımdan məsuliyyətli turizm məhsullarının inkişafı, mədəni irsin qorunması və icma əsaslı turizm təşəbbüsləri barədə Azərbaycanın mövqeyi təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM