Bu gün bəstəkar Zülfüqar Hacıbəyovun və görkəmli sənətkar opera müğənnisi Lütfiyar İmanovun doğum günüdür

Bu gün bəstəkar Zülfüqar Hacıbəyovun və görkəmli sənətkar opera müğənnisi Lütfiyar İmanovun doğum günüdür

NUHÇIXAN xəbər verir ki, bu gün ölkəmizin tarixində özünə məxsus yerləri olan, əməkdar incəsənət xadimi, bəstəkar Zülfüqar Hacıbəyovun və görkəmli, sənətkar opera müğənnisi Lütfiyar İmanovun anadan olan günüdür.

Azərbaycanın musiqi tarixində əvəzsis xidmətləri olan bu şəxsiyyətlərin həyat və yaradıcılıq tarixinə nəzər salaq... 

Görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi, Zülfüqar Hacıbəyov 1884-cü il aprel ayının 17-də Qarabağın dilbər guşəsi olan Şuşa şəhərində anadan olub. Uşaqlıq və yeni-yetməlik dövrünü Azərbaycanın musiqi beşiyi olan Şuşada keçirən Zülfüqar, lap gənc yaşlarından şəhərin musiqi məclislərində iştirak edib, istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləmişdir. Ətraf mühit demək olar ki, bəstəkara həyat yolunu seçməyində təsirsiz qalmayıb. Uşaq yaşlarından müsiqiyə bağlanan Zülfüqar Hacıbəyov ilk biliyini xalq musiqisindən alır. O, musiqi təhsili ala bilməsə də, saz alətində çalmağı öyrənir. 

Məlumat üçün bildirim ki, Zülfüqar Hacıbəyov Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır.

XX əsrin əvvəllərində Azərbaycan musiqisində opera və operetta yazmaq xalq musiqisində yenilik idi. Zülfüqar Hacıbəyovun yaratdığı-bəstələdiyi əsərlər həmin dövrdə yenilik olmaqla bərabər, ictimai-mədəni həyatda böyük marağa səbəb olur. O, ilk Azərbaycan operettası “50 yaşında cavan” əsərinin müəllifi olaraq Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsini yaradanlardan biri sayılır. Onun bəstələdiyi əsərlərdən biri də  “Aşıq Qərib” operasıdır. Əsərin özünəməxsusluğu ondan ibarətdir ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə birləşdirir. Zülfüqar Hacıbəyov bu əsərin həm mətnini, həm də musiqisini özü yazaraq əsərə sadə, əyləncəli məzmun qatır. Əsər 1911-ci ilin aprel ayında Tiflis şəhərində Gürcü Zadəganları Teatrında ilk dəfə tamaşaya qoyulur. Sonralar isə operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilir.

Zülfüqar Hacıbəyov həmin dövdə bir sıra librettolara musiqi yazır. Onun məşhurlaşdıran ilk mahnıları “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi”dir. Bəstəkarın Azərbaycan klassik musiqisinin formalaşmasında böyük rolu olmuşdur. O, 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələmiş və kantatalar da yaratmışdır. Görkəmli bəstəkar oğlu-Niyazi ilə birlikdə 1935-ci ildə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazmışdır.

Zaman sərt üzünü Hacıbəyovlarada göstərir…

Bəstələri ilə Azərbaycanının musiqi tarixini zənginləşdirən bəstəkar zamanın sərt sınağı ilə qarşılaşır. Qeyd edim ki, Hacıbəyovlar ailəsi dövrün sərt küləyindən- repressiyasının acı təsirindən yan keçmirlər. 1937-ci ildə onlar yurdlarından, doğma ocaqlarından köçməyə məcbur edilirlər. Sonralar bu sərt dalğa keçsə də, onlar geri qayıtmır, ömürlərini qürbət ölkədə başa vururlar...

Hər nə qədər ədalətsizliklərlə qarşılaşsalar da Hacıbəyovlar dövrün sınağına mətanətlə sinə gərərək milli musiqimizin inkişafında əllərindən gələni əsirgəmirlər.

Zülfüqar Hacıbəyovun göstərdiyi bu xidmətlər qiymətsiz qalmır. O, 1943-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına, 1946-cı ildə “Şərəf Nişanı” ordeninə layiq görülür.

Ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan bəstəkar Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olur. Vaxtsız əcəl onu payız fəslinin tutqun, yağışlı bir günündə son nəfəsini alır. Bəstəkarın onlarla yaratmaq istədiyi əsəri yarımçıq qalır…

Əməkdar incəsənət xadimi, bəstəkar Zülfüqar Hacıbəyov 66 yaşında dünyadan köçsə də, yaratdığı musiqi əsərləri ilə Azərbaycan musiqi mədəniyyəti tarixində həmişə yaşarlıq qazanıbdır.

Opera müğəniliyi ilə dahiləşən sənətkar…

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, opera müğənisi Lütfiyar İmanov 1928-ci il aprel ayının 17-də Sabirabad rayonunda anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra 1954-cü ildə Asəf Zeynallı adında musiqi Məktəbinin vokal şöbəsində təhsilinə davam edib.  1957-ci ildə təhsilini bitirmişdir. Onun musiqi sahəsinə olan marağı onu yenidən təhsil alamağa aparır. 1962-ci ildə Lütfiyar İmanov Azərbaycan Mədəniyyət və İncəsənət Univeristetinin teatrşünaslıq fakültəsinə daxil olur. Təhsil aldığı dövrdə SSRİ Böyük Teatrında təcrübə keçir. O, 1968-ci ildə ali təhsilini başa vurur.

Gənc yaşlarından əmək fəaliyyətinə başlayan Lütfiyar ilk olaraq doğulduğu rayonda Sabirabad Şəhər Dövlət Dram Teatırında aktyor kimi işə başlayır. Sonralar Sabirabad Şəhər Mədəniyyət evində bədii rəhbər, Azərbaycan Televiziyası və Radiosu xorunu, Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, Azərbaycan Dövlət Musiqili Teatrında işləmiş və ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatırının solisti olaraq fəaliyyət göstərmişdir.

O, 1987-1991-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsində çalışmışdır.

Milli musiqimizin inkişafında xüsusi xidmətləri olan Lütfiyar İmanov klassik opera sənəti və xalq musiqisindən bəhrələnən yüksək ifaçılıq məharəti ilə Azərbaycan vokal sənəti tarixinə yenilik gətirmişdir. O, opera səhnəmizdə ifası və özünəməxsus dəsti-xətti ilə seçilən mədəniyyət xadimi olmuşdur. Onun sənətkarlığı, yüksək səhnə mədəniyyəti, aktyorluğu və güclü səsi geniş çıxışlar etməyə imkan vermişdir. Sənətkarın Azərbaycan və dünya klassiklərinin əsərlərində ifası və yaratdığı obrazlar təbiiliyi, dolğunluğu ilə seçilmişdir. Zülfiyar İmanov hər zaman milli və dünya opera nümunələrini, həmçinin müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və peşəkarlıqla ifa etmişdir. Onun ifa etdiyi əsərləri dərindən duyma qabiliyyəti, özünəməxsus çatdırma tərzi musiqisevərlərin qəlbində ona böyük rəğbət və məhəbbət qazandırmışdır. Görkəmli sənətkar Zülfiyar İmanov milli musiqinin inkişafı və daha da zənginləşməsində vicdanla çalışaraq qədim tarixə malik Azərbaycan ifaçılıq məktəbinin inkişafı yolunda əlindən gələni əsirgəməmişdir. İstedad və bacarığının, yaradıcılığının əsas məqsədi xalqa xidmət etməkdən ibarət olan sənətkar xarici ölkələrə səfər edir, geniş konsert proqramlarında çoxsaylı çıxışlar edərək Azərbaycan Mədəniyyətini layiqinicə təmsil etmiş, onu tanıtmışdır.

Bununla bərabər, uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Zülfiyar İmanov opera müğənilərinin yeni nəslin yetişdirilməsinə diqqət göstərmiş, ifaçılıq sənəti tarixində qazandığı təcrübəni gənc musiqiçilərə öyrədilməsində böyük əmək sərf etmişdir. Onun vətən qarşısında xidmətləri təqdirəlayiqdir. Zülfiyar İmanov milli musiqi mədəniyyətnin inkişafı sahəsində göstərdiyi fəaliyyətlərə görə müstəqli Azərbaycan Respublikasının ən ali mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilmişdir.

Ömrünü Azərbaycan musiqisinin inkişafına adayan Zülfiyar İmanov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2002-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülür.

Görkəmli sənətkar, opera müğənnisi Lütfiyar İmanov ömrünün 80-ci yaşında, 2008-ci ildə vəfat edir.

Ömrünü vətəninə, xalqına adayan, bu yolda böyük xidmətlər göstərən dahilər, sənətkarlar, böyük şəxsiyyətlər heç zaman unudulmurlar. Onların xatirəsi Azərbaycan xalqı tərəfindən əziz tutularaq yaşadılır.

Səriyyə Salahova

NUHÇIXAN

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM