Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Latviya Belarusla sərhədin yaxınlığında silahlı qüvvələrin yeni taborlarını formalaşdırmaq qərarına gəlib.

NUHÇIXAN STV telekanalına istinadla xəbər verir ki, bu barədə Latviya Silahlı Qüvvələrinin komandanı deyib. “Latviya ordunun sayını artırmaq qərarına gəlib. Yaxın vaxtlarda Silahlı Qüvvələrdə yeddi yeni tabor formalaşdırılacaq”, - deyə o bildirib.

Komandanın sözlərinə görə, taborların hər birində min nəfərədək hərbçi xidmət edəcək. Yüksək hazırlıqlı ilk taborun iyunda xidmətə başlayacağı gözlənilir. Müdafiə Nazirliyinin planına əsasən, digər taborların formalaşması bir ildən üç ilədək vaxt aparacaq. Onların tərkibinə kəşfiyyat məlumatlarının toplanması və kibermüdafiə missiyasını yerinə yetirən xüsusi təyinatlı dəstələr daxil olacaq. Telekanalın məlumatına görə, yeni taborlar Latviyanın cənubunda, Belarus sərhədləri yaxınlığında yerləşdiriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM