satellite   Azerspace-1: 11135 H 30000

"Anglo Asian Mining" Azərbaycanda gümüş istehsalını təxminən 30 % artırıb

"Anglo Asian Mining" Azərbaycanda gümüş istehsalını təxminən 30 % artırıb

Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (aktivləri Azərbaycandadır) 2026-cı ilin III rübündə gümüş istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 % artıraraq 52 969 unsiyaya (2025-ci ilin III rübündə 41 623 unsiya) çatdırıb.

NTV "Anglo Asian Mining"ə istinadən xəbər verir ki, iyul-sentyabr aylarındakı ümumi istehsal həcminin 5 480 unsiyası "dore" xəlitəsinin tərkibində olub, 47 489 unsiyası isə flotasiya emalı nəticəsində və SART texnologiyası vasitəsilə əldə edilib.

Bu ilin 9 ayı ərzində "Anglo Asian Mining" gümüş istehsalını 40,3 % artıraraq 145 824 unsiyaya (2025-ci ilin 9 ayındakı 103 971 unsiyaya qarşı) çatdırıb.

Şirkətin təsdiqlənmiş proqnozuna əsasən, bütövlükdə 2026-cı ilin yekunlarına üzrə gümüş istehsalının həcminin 170 min-210 min unsiya aralığında olacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM