satellite   Azerspace-1: 11135 H 30000

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Qlobal Çoxölçülü Yoxsulluq İndeksi (QÇYİ) 2010-cu ildə yarandığı vaxtdan bəri ilk dəfə artım göstərib. NTV xarici mediaya istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) məlumatına görə, dünyada təxminən 1,2 milyard insan çoxölçülü yoxsulluq içində yaşayır.

Dərc olunmuş məlumatlara görə, indeks əvvəlki dəyərlə müqayisədə 51,5 milyon nəfər artıb. Yoxsulluq içində yaşayan insanların təxminən 83 faizi kənd yerlərində yaşayır. Ümumi yoxsul əhalinin yarıdan çoxu (617 milyon) isə uşaqlardır.

BMT İP bu tendensiyanı qlobal ictimaiyyət üçün narahatedici siqnal adlandırıb, həmçinin yoxsulluqla mübarizədə irəliləyişin hökumətlərin əlaqələndirilmiş fəaliyyəti sayəsində mümkün olduğunu vurğulayıb.

QÇY indeksi yalnız gəlir səviyyələrini deyil, həm də təhsil, səhiyyə və digər əsas yaşayış şəraitinə çıxışı nəzərə alır. Bu yanaşma yoxsulluğun miqyasını hərtərəfli qiymətləndirməyə və ən həssas qrupların üzləşdiyi əsas çətinlikləri müəyyən etməyə imkan verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM