satellite   Azerspace-1: 11135 H 30000

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İranla əlaqəli yelkənli gəminin məhv edildiyini açıqlayıb. Bildirilib ki, gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmiləri izləyib və onlarla bağlı hədəfləri müəyyənləşdirib.

NTV “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, CENTCOM-un çərşənbə günü “X” sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat oktyabrın 6-da həyata keçirilib.

Komandanlıq gəminin məhv edilməzdən əvvəl ekipaj üzvlərinin təhlükəsiz şəkildə təxliyə olunduğunu bildirib. Onların öz ölkələrinə qaytarılması istiqamətində işlərin davam etdiyi qeyd olunub.

CENTCOM, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) son yeddi ay ərzində regional sularda gəmilərə hücumları davam etdirməkdə ittiham edib. ABŞ tərəfinin iddiasına görə, bu hücumlar arasında mülki dənizçilərin olduğu gəmilərin və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilərin hədəfə alınması da var.

Açıqlamada məhv edilən gəminin ekipaj üzvlərinin sayı və kimliyi, eləcə də gəminin müşahidə və hədəf müəyyənləşdirmə əməliyyatlarında istifadə etdiyi avadanlıqlar barədə məlumat verilməyib.

Eyni zamanda, gəminin silah daşıyıb-daşımadığı və İranla əlaqəsinin nədən ibarət olduğu açıqlanmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM