satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisdə “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi müzakirə olunub

Milli Məclisdə “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi müzakirə olunub

Sentyabrın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında "Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

NTV xəbər verir ki, qanun layihəsi aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsinin tətbiqi məqsədilə hazırlanıb. Məhsul şəhadətnaməsi kənd təsərrüfatı məhsullarının istehsalçılarının mövsümdən qabaq maliyyə resursları ilə təmin edilməsinə yönəlmiş maliyyə aləti olub, özündə borc, alqı-satqı və digər müqavilələrin əlamətlərini əks etdirir.

İstehsalçıların hələ istehsal prosesi başlamazdan əvvəl qiymətli kağız formasında məhsul şəhadətnaməsini “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə maliyyə təşkilatlarına və təchizatçılarına təklif edə biləcəklər. Məhsul şəhadətnaməsi əvvəlcədən maliyyələşmə müqaviləsində istehsalın nəticəsinin məhsul şəhadətnaməsini əldə edən şəxsə (maliyyə təşkilatı, tədarükçü) verilməsinin öhdəlik kimi götürülməsini nəzərdə tutur.

Öhdəliyin icrası kimi pul vəsaiti və ya kənd təsərrüfatı məhsulunun təqdim edilməsindən asılı olaraq, məhsul şəhadətnaməsi maliyyə və ya əmtəə məhsul şəhadətnamələri ola bilər.

Maliyyə məhsul şəhadətnaməsində bir qayda olaraq maliyyə təşkilatları (bank, BOKT) maraqlı olurlar və bu şəhadətnamə borc müqabilində gələcək məhsulun satışından əldə ediləcək vəsaitin fermer tərəfindən kreditora (şəhadətnaməni əldə edən şəxsə) ödənilməsi öhdəliyini ehtiva edir.

Əmtəə məhsul şəhadətnaməsində bir qayda olaraq tədarükçülər maraqlı olurlar və bu şəhadətnamə borc müqabilində gələcək məhsulun fermer tərəfindən kreditora (şəhadətnaməni əldə edən şəxsə) verilməsi öhdəliyini ehtiva edir.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM