satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda sahibkarlara 139 təsdiqedici sənəd verilib

Naxçıvanda sahibkarlara 139 təsdiqedici sənəd verilib

Sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunmuş qanunvericilik dəyişikliklərinə uyğun olaraq, bu il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında vergi, gömrük və sosial sığorta güzəştləri tətbiq edilir. Bu çərçivədə 2026-cı ilin yanvar-avqust aylarında 12 sahibkarlıq subyektinə, ümumilikdə 139 təsdiqedici sənəd təqdim olunub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, həmin sənədlərdən 7-si texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 132-si isə xammal və materialların idxalı üçün verilib.

Nəticədə cari ilin 8 ayında Rusiya, Çin, Türkiyə, İran, İraq, Gürcüstan, Avstriya, Almaniya, Cənubi Koreya kimi ölkələrdən idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə ümumilikdə 4,2 milyon manat məbləğində güzəşt əldə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM