satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan-Böyük Britaniya enerji tərəfdaşlığının genişləndirilməsi razılaşdırılıb

Azərbaycan-Böyük Britaniya enerji tərəfdaşlığının genişləndirilməsi razılaşdırılıb

Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dankan Normanla görüşüb.

Nazirlikdən NTV-yə bildirilib ki, görüşdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafı, enerji tərəfdaşlığının neft-qaz sektorundan təmiz enerji, dekarbonizasiya və elektrik enerjisi bağlantılarına qədər genişlənməsi məmnunluqla qeyd edilib.

Cəbrayılda bp ilə həyata keçirilən Günəş enerjisi layihəsi və neft-qaz infrastrukturunun elektrikləşdirilməsi enerji tərəfdaşlığının yeni mərhələsinin mühüm nümunələri kimi dəyərləndirilib.

Görüşdə yaşıl enerji dəhlizləri və interkonnektorlar üzrə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafı, texniki-iqtisadi əsaslandırmanın nəticələri, layihəyə beynəlxalq maraq barədə məlumat verilib. Layihənin növbəti mərhələləri üzrə ekspert səviyyəsində müzakirələrin davam etdirilməsi və Britaniya şirkətlərinin bu prosesdə iştirak imkanları nəzərdən keçirilib.

Təmiz enerjiyə keçid sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində görülən işlər, qarşılıqlı səfərlər və məlumat mübadiləsinin nəticələri müsbət qiymətləndirilib. Həmçinin Hökumətlərarası Komissiyanın 8-ci iclasına hazırlıq, müzakirə olunacaq məsələlər və müxtəlif sahələr üzrə imzalanması planlaşdırılan sənədlər barədə fikir mübadiləsi aparılıb. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Böyük Britaniya tərəfdaşlığının yeni layihələrlə daha da genişləndirilməsi üçün qarşılıqlı fəaliyyətin davam etdirilməsi razılaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Lerikdə zəlzələ olub

16:36 17.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM