satellite   Azerspace-1: 11135 H 30000

Altı ayda Azərbaycan 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb

Altı ayda Azərbaycan 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsindən NTV-yə  bildirilib ki, hesabat dövründə 119 ölkəyə məhsul ixrac edilib, 155 ölkədən isə məhsul idxal olunub.

Yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 26 milyard 54,2 milyon dolları təşkil edib. Bu dövrdə 9 milyard 372 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 9,1 faiz artıb, real ifadədə isə 13,1 faiz azalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM