satellite   Azerspace-1: 11135 H 30000

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) rəqəmsal transformasiya, innovativ idarəetmə və ictimaiyyətlə kommunikasiyanın müasir texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində yeni layihəsini təqdim edib.

ADSEA-dan NTV-yə bildirilib ki, agentliyin süni intellektəsaslı rəqəmsal siması Aysu həyata keçirilən layihələr, göstərilən xidmətlər, tətbiq olunan texnoloji həllər və yeniliklər barədə məlumatların ictimaiyyətə daha aydın və operativ formada çatdırılmasına xidmət edəcək.

Aysu agentliyin xidmətlərinin, layihələrinin və innovativ təşəbbüslərinin videoçarxlar, posterlər, məlumatlandırıcı paylaşımlar və digər kommunikasiya materialları vasitəsilə ictimaiyyətə çatdırılmasına dəstək verəcək.

Rəqəmsal sima vasitəsilə su ehtiyatlarının idarə olunması, içməli su təchizatı, tullantı sularının idarə edilməsi, infrastruktur layihələrinin icrası, ekoloji dayanıqlılıq, sudan səmərəli istifadə və rəqəmsal transformasiya kimi mövzular əhatə ediləcək.

Növbəti mərhələlərdə Aysunun süni intellektəsaslı interaktiv ünsiyyət və xidmət imkanları daha da genişləndiriləcək. Bu çərçivədə müəyyən xidmətlər üzrə sorğuların süni intellekt dəstəyi ilə birbaşa cavablandırılması, vətəndaş müraciətlərinə daha operativ baxılması və müraciətlərə baxılma müddətinin qısaldılması üçün müvafiq həllər tətbiq olunacaq.

Layihənin tətbiqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müasir texnologiyaların tətbiqinə, məlumatəsaslı idarəetmənin inkişafına və vətəndaş yönümlü xidmətlərin rəqəmsal mühitdə təkmilləşdirilməsinə verdiyi önəmin göstəricisidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

10:13 10.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM