satellite   Azerspace-1: 11135 H 30000

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

Bu ilin yanvar-iyul aylarında dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru (IOC) müəyyən edilərək bloklanıb.

NTV  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) nəzdində Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə (Dövlət CERT-i) istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz azdır.

Hesabat dövründə müəyyən edilən kiberhücum indikatorlarının bir hissəsi daxili araşdırmalar, digər hissəsi isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə iyul ayında 61 kiberhücum indikatoru müəyyən edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 11,6 faiz azdır.

Qeyd edək ki, 2025-ci il ərzində dövlət qurumlarına qarşı 850 kiberhücum indikatoru müəyyən edilib. Onların 372-si daxili araşdırmalar, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

10:13 10.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM