satellite   Azerspace-1: 11135 H 30000

"Fitch" Azərbaycanda bank sektorunun vəziyyətinin 2026-2027-ci illərdə sağlam qalacağını gözləyir

"Fitch" Azərbaycanda bank sektorunun vəziyyətinin 2026-2027-ci illərdə sağlam qalacağını gözləyir

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan bankları üçün əməliyyat mühiti qiymətləndirməsini "bb-"/"stabil" səviyyəsindən "bb"/"stabil" səviyyəsinə yüksəldib.

NTV-nin məlumatına görə, agentlik bunu tənzimləyici nəzarətin sərtləşdirilməsi və risk əsaslı nəzarət sisteminin tətbiqində əldə olunan irəliləyişlə əlaqələndirib. "Fitch" hesab edir ki, bu dəyişikliklər bank sektorunun iqtisadi dəyişikliklərdən irəli gələn təzyiqlərə qarşı dayanıqlığını gücləndirməlidir.

Qiymətləndirmədə Azərbaycanın möhkəm suveren kredit profili və makroiqtisadi sabitliyin dəstəklənməsi də nəzərə alınıb. Bunun nəticəsində bank sektorunun əməliyyat mühiti göstəricisi ilə Azərbaycanın "BBB-"/"stabil" suveren reytinqi arasındakı fərq azalıb.

"Fitch" Azərbaycan iqtisadiyyatında dövri olaraq baş verən dəyişikliklərə baxmayaraq, bank sektorunun maliyyə vəziyyətinin 2026-2027-ci illərdə sağlam qalacağını gözləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM