satellite   Azerspace-1: 11135 H 30000

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 15 vaqon buğda, 10 vaqon daş kömür göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 15 vaqon buğda, 10 vaqon daş kömür göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

NTV xəbər verir ki, 15 vaqondan ibarət çəkisi 1049 ton olan buğda və 10 vaqondan ibarət 700 ton daş kömür 8 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 37 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları göndərilib.

Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM