satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

Qazaxıstanda Xəzər dənizinin dibi ilə Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinin əsas mərhələsi başa çatıb - Aktau - Sumqayıt marşrutu üzrə çəkilmiş sualtı kabel Qazaxıstan sahilinə çatıb.

NTV Qazaxıstan bürosunun ölkənin Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, layihəni "Qazaxtelekom" SC və "AzerTelecom International" həyata keçirir.

Kabelin çəkilişinə 2026-cı ilin iyul ayında başlanılıb və işlərə 20 min tondan çox su tutumuna malik ixtisaslaşmış gəmi, 70 mütəxəssis cəlb olunub. Hazırda kabelin sahil infrastrukturuna qoşulması həyata keçirilir. Payızda yerüstü obyektlərin tikintisinin başa çatdırılması, buraxılış-sazlama işlərinin həyata keçirilməsi və sistemin test edilməsi planlaşdırılır.

Xəttin çəkilişinə və istismarına "Kazaxtelkom" və "AzerTelecom International" şirkətlərinin birgə müəssisəsi olan "CaspiLink B.V." cavabdehdir. Layihə büdcə vəsaitləri cəlb olunmadan operatorların öz vəsaitləri hesabına maliyyələşdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM