satellite   Azerspace-1: 11135 H 30000

Zəngəzur dəhlizinin Türkiyə hissəsində işlər 4-5 ilə başa çatdırılacaq

Zəngəzur dəhlizinin Türkiyə hissəsində işlər 4-5 ilə başa çatdırılacaq

Türkiyə Zəngəzur dəhlizinin onun ərazisinə düşən hissəsində işləri 4-5 ilə başa çatdıracaq.

NTV xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində bildirib.

"Zəngəzur dəhlizi ilə bağlı işlərə başlamışıq. Bu günlərdə azərbaycanlı həmkarım Rəşad Nəbiyevlə Almaniyada görüş keçiridik. Orada müəyyən məsələləri müzakirə etdik. Azərbaycan da dəhlizin Naxçıvan hissəsində işləri başlayıb. Bütün işləri birlikdə tamamlayandan sonra o yoldan rahatlıqla istifadə edə biləcəyik. Bunun üçün 4-5 ilə ehtiyacımız var", - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM