satellite   Azerspace-1: 11135 H 30000

BP I rübdə SOCAR-a 1 milyard kubmetr səmt qazı verib Energetika

BP I rübdə SOCAR-a 1 milyard kubmetr səmt qazı verib Energetika

Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən 1 milyard kubmetr səmt qazı alıb.

NTV  bu barədə "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə SOCAR-a AÇG-dən gündə orta hesabla 12 milyon kubmetr səmt qazı verilib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-mart aylarında SOCAR-a AÇG blokundan 0,9 milyard kubmetr səmt qazı verilib (gündə orta hesabla 11 milyon kubmetr). Beləliklə, 2026-cı ilin birinci rübündə bu göstərici 11,1 % artıb.

2025-ci ildə BP AÇG blokundan SOCAR-a 2,7 milyard kubmetr səmt qazı (artım 8 %) verib, gündəlik tədarük həcmi orta hesabla 8 milyon kubmetr təşkil edib.

AÇG-dən hasil edilən səmt qazı SOCAR-a təmənnasız olaraq verilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM