satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan alüminium ixracından gəlirini 20 %-dən çox artırıb

Azərbaycan alüminium ixracından gəlirini 20 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 63 milyon 823 min ABŞ dolları dəyərində 19 min 446 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

NTV Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən illə müqayisədə ixrac edilən məhsulların həcmi 1 336 ton (7,5 %), dəyəri isə 10 milyon 808 min ABŞ dolları (20,3 %) artıb.

Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların qeyri-neft sektoru üzrə ixracda payı 7,4 %, ölkənin ümumi ixracında payı isə 1,2 % olub.

3 ayda Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM