satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda sahibkarlara 33 təsdiqedici sənəd verilib

Naxçıvanda sahibkarlara 33 təsdiqedici sənəd verilib

Naxçıvanda sahibkarlara 33 təsdiqedici sənəd verilib

NTV-nin məlumatına görə, 2026-cı ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın dəstəklənməsi istiqamətində 9 sahibkarlıq subyektinə 33 təsdiqedici sənəd verilib.

Müvafiq investisiya təşviqi sənədi olan müəssisələrə təqdim olunan 5 təsdiqedici sənəd əsasında 1,5 milyon manat dəyərində Rusiya, Çin, Türkiyə mənşəli texnika, texnoloji avadanlıqlar və qurğular idxal edilib.

1 yanvar 2026-cı ildən qüvvəyə minən vergi, gömrük və sosial sığorta güzəştlərinə əsasən 28 təsdiqedici sənəd əsasında 2,4 milyon manat dəyərində xammal və materialların Avstriya, İran, İraq, Gürcüstan kimi ölkələrdən idxalı həyata keçirilib.

Cari ilin 3 ayı ərzində idxal olunan xammal, material və texnoloji avadanlıqlara əlavə dəyər vergisi və gömrük rüsumları üzrə 1,1 milyon manat dəyərində güzəştlər tətbiq edilib.

Bütün bunların nəticəsi olaraq qida məhsulları, tütün məmulatları, sərinləşdirici içkilər, mineral sular, metal və plastik məmulatlar istehsal edən müəssisələrin emal gücü və ixrac potensialı artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM