Naxçıvanda 2026-cı ilin ilk rübündə 48 layihə icra olunub.
NTV-nin məlumatına görə, 2026-cı ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 48 layihə icra olunub. Bu layihələrdən 13-ü yeni yaradılma, 35-i isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 38-i yaradılma və 65-i genişləndirmə olmaqla, ümumilikdə 103 layihənin icrası davam etdirilib.
Həyata keçirilən layihələrin böyük hissəsi kənd təsərrüfatı və xidmət sahələrini əhatə edib. Kənd təsərrüfatı istiqamətində heyvandarlıq üzrə 29, arıçılıq üzrə 4, istixana təsərrüfatı üzrə 2 layihə, xidmət sahələri üzrə isə müxtəlif istiqamətlərdə 13 layihə icra olunub.
Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. Bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 39 layihənin maliyyələşdirilməsinə 882 min manat güzəştli dövlət maliyyə dəstəyi göstərilib.
