2025-ci ilin İş Planına əsasən, dövlət vəsaitlərinin bərpası istiqamətində nəzərdə tutulan 101,5 milyon manata qarşı 93,9 milyon manat icra olunub.
NTV xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 13-də keçirilən iclasında müzakirəyə çıxarılmış Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, o cümlədən debitor və kreditor borcların bağlanması, müqavilə məbləğinin azaldılması və yerinə yetirilmiş işlərin ekspertizadan keçirilməsi üzrə isə planlaşdırılan 48,1 milyon manata qarşı cəmi 8,5 milyon manatlıq icra təmin edilib.
