satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 39 % artıb

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 39 % artıb

Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 61,29 milyon manat sığorta haqqı toplanılıb.

NTV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 % azdır.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 38,9 % artaraq 40,915 milyon manata çatıb.

Beləliklə, yanvarda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 47,6 manat təşkil edib.

Xatırladaq ki, yanvarda Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 156,604 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,2 % çoxdur.

Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 29,1 manat olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

23:27 28.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM