satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan çay idxalını artırıb, ixracını isə azaldıb

Azərbaycan çay idxalını artırıb, ixracını isə azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 6 289 ton çay idxal edib.

NTV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 38 milyon 112 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 169 ton (22,8 %), dəyər baxımından isə 12 milyon 414 min ABŞ dolları (48,3 %) çoxdur.

Hesabat dövründə çay idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.

Bundan başqa, 5 ay ərzində Azərbaycan 2 milyon 581 min ABŞ dollar dəyərində 288 ton çay ixrac edib.

Bunlar, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 4 ton (1,3 %), dəyər baxımından isə 85 min ABŞ dolları (3,1 %) azdır.

Hesabat dövründə çay ixracından əldə edilən gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,02 %-ni təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM