satellite   Azerspace-1: 11135 H 30000

Avropa Mərkəzi Bankı qızıl böhranı ehtimalı ilə bağlı xəbərdarlıq edib

Avropa Mərkəzi Bankı qızıl böhranı ehtimalı ilə bağlı xəbərdarlıq edib

İlin əvvəlindən qızıl qiymətlərində artım davam edir. Bununla yanaşı, investorların bu metala marağı azalmır. Qızıla fiziki tələbatın artması böhranla nəticələnə bilər.

NTV  xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının (AMB) ekspertləri xəbərdar ediblər. Onlar böhran ehtimalını əmtəəlik qızıl ehtiyatlarının fiziki yerdəyişməsi ilə izah edirlər.

Ekspertlər bildirirlər ki, bir neçə ay əvvələdək qızıl alışı virtual həyata keçirilirdi. Sarı metalı alan investor onu aldığı bankda saxlayırdı. İndi isə alıcılar qiymətli metalın fiziki yerdəyişməsini də tələb edirlər. Son aylarda ABŞ və Britaniyadan kənara tonlarla qızıl daşınıb.

AMB-nin mütəxəssisləri bildirirlər ki, bu vəziyyət qızıl bazarında logistika zəncirinin pozulması ilə nəticələnə bilər. Bu təqdirdə bazarlar ciddi zərər görəcək. Ən pis ssenaridə isə, bu şok bütün maliyyə sisteminə zərbə vura bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM